Qurban Qurbanov onun satılmasını istəmir

Hazırda oxunan: Qurban Qurbanov onun satılmasını istəmir

587653

“Qarabağ” adı Braziliyanın “Vitoriya” klubu ilə hallanan Mateus Silva ilə bağlı qərarını verib.

Bizim.Media Futbolpress.az-a istinadla xəbər verir ki, “atlılar” 28 yaşlı müdafiəçini mövsümün sonuna kimi saxlamaq niyyətindədir.

Baş məşqçi Qurban Qurbanov müdafiənin həm cinahında, həm də mərkəzində oynamağı bacaran Silvanın satılmasına qarşıdır.
 

“Sambaçı“ya hələlik real təklif yoxdur. Şifahi maraq göstərən “Vitoriya” “Qarabağ“la rəsmi təmasa keçməyib.


Mateus 2023-cü ilin sentyabrında Bolqarıstanın “Lokomotiv” klubundan “Qarabağ“a keçib.

O, bu mövsüm 23 oyunda 1 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin