Real Alaba ilə bağlı QƏRAR VERDİ

Hazırda oxunan: Real Alaba ilə bağlı QƏRAR VERDİ

587599

"Real" mövsümün sonunda müqaviləsi başa çatan David Alaba ilə bağlı yekun qərarını verib.

Bizim.Media xəbər verir ki, La Liqa nəhəngi avstriyalı müdafiəçiyə yeni sözləşmə təklif etməyəcək. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı mərkəz müdafiəçisi gələn ilin yayında azad agent statusu ilə "kral klubu"nu tərk
edəcək.

Qeyd edək ki, David Alaba 2021-ci ilin iyul ayından "Real"ın formasını geyinib. Avstriya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 4 rəsmi matçda 145 dəqiqə meydanda olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin