"Kristal Pelas"ın baş məşqçisi komandayla yollarını ayırmağa hazırlaşır.
Bizim.Media insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, klubun çalışdırıcısı Oliver
Qlasner mövsümün sonunda London klubundan ayrılmağı planlaşdırır.
Bildirilir ki, bundan öncə də gündəmə gələn bu xəbər artıq öz təsdiqini tapmaqdadır.
Məlumata görə, avstriyalı mütəxəssis başa çatan müqaviləsini yeniləmək niyyətində deyil. Buna səbəb hələ ötən yay klub rəhbərliyi və məşqçi arasında transfer siyasəti ilə bağlı yaranan ciddi fikir ayrılıqlarıdır.
Qeyd edək ki, Qlasnerin fevralda komandanı çalışdırmağa başlamasının ikinci ili tamam olacaq. Klub onun rəhbərliyi altında ötən mövsüm klub tarixində ilk böyük titulu olan İngiltərə Kubokunu, həmçinin ölkə Superkubokunu qazanıb. Məşqçi hazırda diqqətini mövsümü uğurla tamamlamağa yönəldib.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:02 / 26.12.2025
Baş məşqçi klubu tərk etməyə HAZIRLAŞIR
Hazırda oxunan: Baş məşqçi klubu tərk etməyə HAZIRLAŞIR
Hazırda oxunan: Baş məşqçi klubu tərk etməyə HAZIRLAŞIR
587583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































