"Turan Tovuz"un qış hazırlıq planımız bəlli olub.
Bizim.Media xəbər verir ki, Qərb bölgəsi təmsilçisi yanvarın 4-də Türkiyəyə yola düşəcək.
Antalyanın Belek bölgəsindəki “İC Santai Belek" otelində məskunlaşacaq komandanın Türkiyə toplanışı yanvarın 18-dək davam edəcək.
Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.
Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media




























































































