Mbappe də Mərakeşə YOLLANIR

Hazırda oxunan: Mbappe də Mərakeşə YOLLANIR

587422

"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe Mərakeşə yollanır.

Bizim.Media xəbər verir ki, futbolçu Afrika Millətlər Kuboku çərçivəsində keçiriləcək Mərakeş - Mali oyununu canlı izləyəcək.
 

"Le360" nəşrinin məlumatına görə, fransalı futbolçu fəxri qonaq qismində tribunada yer alacaq. Bildirilir ki, Mbappenin bu səfərinin əsas səbəbi Mərakeş millisinin kapitanı və PSJ-dən sabiq komanda yoldaşı Əşrəf Hakimiyə dəstək olmaqdır.


Xatırladaq ki, Mbappe cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 24 oyuna çıxaraq 27 qol vurub və 4 məhsuldar ötürmə edib. O, Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi 4 matçda isə 5 qol və 3 assistlə yadda qalıb.

Qeyd edək ki, qarşılaşma dekabrın 26-da "Şahzadə Mulay Abdulla" stadionunda baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin