“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

Hazırda oxunan: “Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

587280

"Karvan-Yevlax"ın qış hazırlıq planı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, “Neftçi” ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.

Bölgə təmsilçisinin toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur.
 

Rəqiblərdən birinin adına aydınlıq gəlib. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvar ayının 17-də Yevlax şəhər stadionunda “Kəpəz”lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.


Qeyd edək ki, "Karvan-Yevlaax" 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah” klubuna qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin