Dünyanın ən dəyərli idman klublarının REYTİNQİ

Hazırda oxunan: Dünyanın ən dəyərli idman klublarının REYTİNQİ

587242

Nüfuzlu “Forbes” jurnalı 2025-ci il üçün dünyanın ən bahalı 50 idman klubunun reytinqini açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıya Amerika Milli Futbol Liqasında (NFL) çıxış edən “Dallas” klubu başçılıq edir. 2016-cı ildən bəri reytinqin ilk pilləsində yer alan komandanın dəyəri 12 milyard ABŞ dollarıdır.
 

Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Qolden Steyt Uarriors” (11 milyard dollar) ikinci, NFL-in “Los-Anceles Rams” komandası (10,5 milyard dollar) üçüncü sırada qərarlaşıb.


Siyahıda Avropadan cəmi dörd futbol klubu yer alıb. Bunlar İspaniyanın “Real Madrid” (6,75 milyard dollar), “Barselona” (5,65 milyard dollar), İngiltərənin “Mançester Yunayted” (6,6 milyard dollar) və “Liverpul” (5,4 milyard dollar) kollektivləridir.

Reytinqə Formula 1 klublarından isə “Ferrari” (6,5 milyard dollar) və “Mercedes” (6 milyard dollar) daxil olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin