Vernidub həmyerlisini “Neftçi”də SAXLAYACAQ

Hazırda oxunan: Vernidub həmyerlisini “Neftçi”də SAXLAYACAQ

587230

“Neftçi”də baş məşqçi dəyişikliyi yarımmüdafiəçi Andrey Ştoqrinin klubdakı gələcəyinə ciddi təsir edə bilər.

Bizim.Media “Sport.ua” saytına istinadən xəbər verir ki, yeni çalışdırıcı Yuri Vernidub həmyerlisini komandada saxlamağı planlaşdırır.
 

Samir Abasovun dönəmində şans qazanmayan, hətta adı iştirak ərizəsinə salınmayan 27 yaşlı sol vingerin məşqlərdəki performansı Vernidubun ürəyincədir. Yeni baş məşqçi Ştoqrinin funksional imkanlarını yüksək qiymətləndirir. Lakin oyunçu ilə bağlı yekun qərar qış təlim-məşq toplanışından sonra veriləcək.


Qeyd edək ki, “Neftçi”yə ötən il ölkəsinin “Çernomorets” klubundan keçən Andrey Ştoqrinin bakılılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin