“Qarabağ” şikayət etdi - UEFA ispan klubunu cərimələdi

Hazırda oxunan: “Qarabağ” şikayət etdi - UEFA ispan klubunu cərimələdi

587210

UEFA İspaniyanın “Atletik” klubunu Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri oyuna görə cəzalandırıb.

Bizim.Media xəbər verir ki, Bilbao təmsilçisi azarkeşlərinin həmin matçda etdiklərinə görə 10 min avro (20 min manat) cərimələnib.
 

Qeyd edək ki, sözügedən matç zamanı “Atletik” komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı.


“Qarabağ” rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi, həmçinin UEFA-ya müraciət etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin