Bu futbolçu “Turan Tovuz”dan AYRILACAQ

Hazırda oxunan: Bu futbolçu “Turan Tovuz”dan AYRILACAQ

587208

“Turan Tovuz” mövsümün sonunda müqaviləsi başa çatacaq bəzi oyunçularla yollarını ayıracaq.

Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi Roderik Millerə yeni müqavilə təklif etməyəcək.

33 yaşlı futbolçu yeni mövsümə fərqli komandada başlayacaq. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Roderik 2023-cü ildən “Turan Tovuz”da oynayır.

Panama millisinin üzvü “San-Fransisko”(Panama), “Merida”(Meksika), “Atletiko Nasional”(Kolumbiya), “Feyrense”(Portuqaliya), “Okjetpes”(Qazaxıstan), “Karlos Steyn”(Peru), “Əl-Quva”, “Əl-Mina”(hər ikisi İraq) komandalarında çıxış etmişdi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin