"Milan" 18 yaşlı hücumçu TRANSFER ETDİ

Hazırda oxunan: "Milan" 18 yaşlı hücumçu TRANSFER ETDİ

587071

"Milan" yeni transfer gerçəkləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat ayıb.
 

İtaliya təmsilçisi Belqrad "Partizan"ından Andrey Kostiçi sıralarına qatıb. 18 yaşlı monteneqrolu hücumçunun tezliklə komandaya qoşulacağı gözlənilir. Bildirilibki, tərəflər arasında müqavilə uzunmüddətli olacaq.


Belqrad klubu bu transferdən təxminən 5 milyon avro və transfer bonusları alacaq.

Qeyd edək ki, Andrey Kostiç ötən yay Monteneqronun "Budućnost" klubundan 900.000 avroya "Partizan"a keçib. O, bu mövsüm "Partizan"ın heyətində 27 oyuna çıxıb və 9 qol vurub. Kostiçin "Partizan"la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin