Messinin bacısı yol qəzasında ağır xəsarət aldı – TOYU TƏXİRƏ SALINDI - FOTO

Hazırda oxunan: Messinin bacısı yol qəzasında ağır xəsarət aldı – TOYU TƏXİRƏ SALINDI - FOTO

587024

Argentinalı futbol ulduzu Lionel Messinin bacısı Mariya Sol Messi ABŞ-ın Mayami şəhərində baş verən yol-nəqliyyat hadisəsində ciddi xəsarətlər alıb.

Bizim.Media xəbər verir ki, Mariya Sol idarəetməni itirərək avtomobili divara çırpıb. Qəza nəticəsində onun onurğa sütununda sınıqlar, daban və bilək nahiyəsində xəsarətlər aşkar edilib.

Həkimlər onun həyatının təhlükədə olmadığını bildiriblər.

Hadisə səbəbindən Mariya Sol Messinin 3 yanvar 2026-cı ildə Argentinanın Rosario şəhərində keçirilməsi planlaşdırılan toy mərasimi təxirə salınıb.

Hazırda yaralının müalicəsi davam edir, vəziyyətinin stabil olduğu bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin