“Fənərbağça” italiyalı futbolçu ilə danışıq aparır

Hazırda oxunan: “Fənərbağça” italiyalı futbolçu ilə danışıq aparır

586890

"İnter"in yarımmüdafiəçisi Davide Frattezi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Fənərbağça" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "GOAL İtalya" məlumat yayıb.
 

İtaliya klubu Frattezi üçün 30 milyon avro tələb edir. İstanbul nəhəngi 26 yaşlı oyunçunu yanvar ayında məcburi satınalma bəndi ilə icarəyə götürməyə çalışacaq.


Qeyd edək ki, "İnter" Davide Frattezini 2023-cü ilin yayında "Sassuolo"dan transfer edib.

İtaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol ötürməsi edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin