Misli Premyer Liqasında bu gün 2025-ci ilin son oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, XVI turun sonuncu matçında "Sabah" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da start götürəcək.
Hazırda 34 xalla ikinci pillədə qərarlaşan qonaqlar qələbə qazanacağı təqdirdə mövsümün ilk yarısını lider kimi başa vuracaq. "Gənclik şəhəri" təmsilçisi 27 xalla dördüncüdür.
Qeyd edək ki, bu turda "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Qəbələ"ni (2:1), "Araz-Naxçıvan" "Şamaxı"nı (2:0) məğlub edib. "Zirə" - "İmişli" oyununda isə qol vurulmayıb.
Bizim.Media




































































































