"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

Hazırda oxunan: "Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

586725

İspaniya La Liqasının 17-ci turunda lider "Barselona" "Vilyarreal"ın qonağı olub.

Bizim.Media xəbər verir ki, qarşılaşma katalonların qələbəsi ilə başa çatıb.

Qonaqlardan Rafinya 12-ci dəqiqədə penalti ilə hesabı açıb. 39-cu dəqiqədə "Vilyarreal"ın müdafiəçisi Renato Veyqa birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
 

Say üstünlüyündən yararlanan "Barsa" Yamalın 64-cü dəqiqədəki dəqiq zərbəsi ilə yekun hesabı müəyyənləşdirib - 2:0.


18 oyunundan sonra "Barselona" 46 xalla turnir cədvəlinə başçılıq edir. "Vilyarreal" 16 oyundan sonra 35 xalla dördüncü yerdədir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin