Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

Hazırda oxunan: Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

586724

Dekabrın 21-i Qəbələ şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qürurla irəli” şüarı altında Prezident kuboku uğrunda 12 kilometr məsafəyə qaçış yarışı keçilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya  bildirilib ki, iştirakçılar Heydər Əliyev parkından (Həzi Aslanov küçəsi) başlayaraq Laza kəndi istiqamətinə, sonra isə geriyə - start-finiş nöqtəsinə doğru irəliləyiblər.
 

Turnirdə ümumi, eləcə də 40+, 50+ və 60+ yaş kateqoriyaları üzrə kişi və qadın idmançılar mübarizə aparıblar.


Yarışa Naxçıvan Muxtar Respublikasından qatılan və kişilər arasında mübarizə aparan Əmrah Nağıyev məsafəni 00:43:56 vaxt göstəricisi ilə tamamlayaraq qalib olub.

İdmançı kişilər arasında birinci yerə sahib çıxan Ə.Nağıyevə qızıl medal, diplom, pul mükafatı və Prezident kuboku təqdim olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin