Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Hazırda oxunan: Boksçularımız Türkiyədə 32 medal QAZANDI

586713

Türkiyənin Ağrı vilayətində boks üzrə qonşu ölkələrin beynəlxalq dostluq turniri keçirilib.

Bizim.Media  xəbər verir ki, Türkiyə, İran və Azərbaycan idmançılarının iştirakı ilə keçirilən yarışda ölkəmizi Naxçıvan yığma komandası təmsil edib.
 

Komandanı turnirdə 5 məşqçi və 36 idmançı təmsil edib. Boksçularımız 14-ü qızıl, 16-sı gümüş və 2-si bürünc olmaqla, 32 medal qazanıblar.


Təmsilçilərimizdən Ruhin Səfərov, Özkan Həsənov, Turan Allahverdiyev, Nizam İsgəndərov, Said Nuriyev, Həsən Rəhimov, Aftandil Bəşirov, Sərxan Allahverdiyev, Elbrus Kərimli, Elmurad Kərimli, Kamal Məmmədov, Mikayıl Bayramlı, Fikrət Abbaslı və Ucal Musayev qızıl medal qazanmağa müvəffəq olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin