Lebron Ceyms Maykl Cordanı geridə qoydu

Hazırda oxunan: Lebron Ceyms Maykl Cordanı geridə qoydu

586646

Lebron Ceyms Amerika Milli Basketbol Assosiasiyasında (NBA) rekorda imza atıb.

Bizim.Media bu barədə NBA-nın sosial şəbəkə hesablarına istinadən xəbər verir.

Bildirilir ki, 40 yaşlı basketbolçu "Los-Anceles Klippers" - "Los-Anceles Leykers" (88:103) matçında 36 xal toplayaraq qarşılaşmanın ən məhsuldar oyunçusu olub.

"Leykers"in ulduz basketbolçusu bunun sayəsində 40 və daha yuxarı yaşda 35+ xalın toplandığı matçların sayına görə Maykl Cordanı geridə qoyaraq NBA rekordçusu olub.

Qeyd edək ki, Cordan bu yaş kateqoriyasında cəmi üç oyunda 35-dən çox xal toplayıb. Ceymsdə belə oyunların sayı dörddür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin