"Tottenhem"in sabiq məşqçisi yenidən İngiltərə klubuna QAYIDA BİLƏR

Hazırda oxunan: "Tottenhem"in sabiq məşqçisi yenidən İngiltərə klubuna QAYIDA BİLƏR

586622

"Tottenhem"in sabiq baş məşqçisi Premyer Liqaya qayıda bilər.

Bizim.Media xəbər verir ki, "Tottenhem"in keçmiş baş məşqçisi Anqelos Postekoqlu yenidən İngiltərə Premyer Liqasında işə başlaya bilər.

Bu barədə "SNN Sports" məlumat yayıb. Beləliklə, cari mövsümdə elitada qalmaq uğrunda mübarizə aparan "Lids" klubu avstraliyalı mütəxəssislə danışıqlar aparır.

Bundan əlavə, bir müddət əvvəl Şotlandiyanın "Seltik" klubu da Postekoqlu ilə əlaqə saxlayaraq onun komandaya qayıtma ehtimalını müzakirə edib.

Xatırladaq ki, 60 yaşlı çalışdırıcının son iş yeri "Nottinqem Forest" olub. O, bu ilin sentyabrından oktyabrına qədər həmin komandaya rəhbərlik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin