Türkiyə Super Liqasının 17-ci turunda "Fənərbağça" səfərdə "Eyüpspor"un qonağı olub.
Bizim.Media xəbər verir ki, qarşılaşma "sarı-lacivərdlilər"in 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
20 dekabr
"Eyüpspor" – "Fənərbağça" - 0:3
Qollar: A.Taliska, 27, M.Asensio, 34, J.Duran, 75
Bu qələbədən sonra xallarını 39-a çatdıran "Fənərbağça" oyun sayının çoxluğu ilə turnir cədvəlində liderliyə yüksəlib. "Eyüpspor" isə 13 xalla aşağı sıralarda qalıb.
Qeyd edək ki, liqanın ikinci dövrəsinin ilk turunda "Eyüpspor" "Konyaspor"un, "Fənərbağça" isə "Alanyaspor"un qonağı olacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:35 / 20.12.2025
"Fənərbağça" səfərdə inamlı qələbə QAZANDI
Hazırda oxunan: "Fənərbağça" səfərdə inamlı qələbə QAZANDI
Hazırda oxunan: "Fənərbağça" səfərdə inamlı qələbə QAZANDI
586606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































