"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi

Hazırda oxunan: "Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi

586579

Misli Premyer Liqasında 16-cı tur davam edir.

Bizim.Media xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.

Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Neftçi”ni qəbul edib. Oyunda hesabı "Karvan-Yevlax" açsa da, "Neftçi" geridönüş edərək 2:1 hesablı qələbə qazanıb.

Hazırda Yevlax klubu 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. “Neftçi” isə 20 xalla 8-cidir. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda qalib aşkarlanmayıb - 0:0.

Günün ikinci matçında isə “Zirə” öz meydanında “İmişli”ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Hazırda 28 xalı olan paytaxt təmsilçisi 3-cü, bölgə təmsilçisi isə 17 xalla 9-cu yeri tutur. Bu komandalar arasında da ilk dövrənin matçı bərabərliklə yekunlaşıb - 1:1.

20 dekabr (şənbə)

16:30. “Zirə” – “İmişli” - 0:0

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Zirə İdman Kompleksinin stadionu

14:00. “Karvan-Yevlax” - “Neftçi” - 1:2

Qollar: Araz Abdullayev, 45+8-pen. (1:0), Bassala Sambu, 61 (1:1), Emin Mahmudov, 90+7-pen.(1:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Zöhrab Abbasov

Yevlax şəhər stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin