“Botafoqo" “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyonu transfer etmək üçün ikinci rəsmi təklifini təqdim edib.
Bizim.Media xəbər verir ki, təklifin forması əvvəlki kimi satınalma bəndi ilə icarəyə götürməkdir.
Bu barədə "Globo" nəşri məlumat yayıb.
Rio-de-Janeyro klubu bu dəfə Azərbaycan təmsilçisinə ödəniləcək icarə haqqının məbləğini artırıb.
24 yaşlı futbolçu “Botafoqo”nun qış transfer pəncərəsində əsas prioritetlərindən biridir. Braziliya klubu Bikalyodan başqa, “Ferentsvaroş”da çıxış edən Julio Romaonu da heyətinə qatmağa çalışır.
Danışıqları "Dunkirk Sports" şirkətinin nümayəndəsi Breno Şartyer aparır. “Botafoqo” Pedro Bikalyo ilə hələlik maaş məsələsini müzakirə etməyib, lakin futbolçu ölkəsinə mümkün qayıdışı müsbət qarşılayır.
Qeyd edək ki, Pedro Bikalyo mövsümün əvvəlində "Qarabağ"a keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media

































































































