"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

Hazırda oxunan: "Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

586502

"İlin sonuncu və vacib oyunu idi. Uşaqlar bu məsuliyyəti dərk edirdilər".

Bizim.Media xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 16-cı turunda bu gün "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

73 yaşlı mütəxəssis 2:0 hesablı səfər qələbəsini belə şərh edib: "Zədəlilərimizin olması səbəbindən bəzi oyunçular öz mövqelərində oynamırdılar. Vacib qələbə münasibəti ilə futbolçuları təbrik etdim".

Berdıyev "Sabah"a məğlub olduqları oyunda azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib və təzyiq hiss etmədiyini qeyd edib: "Mən təcrübəli məşqçiyəm. Belə şeylərə fikir vermirəm.

Baş məşqçi qış hazırlıq planlarını da açıqlayıb: "4-18 yanvar tarixləri arasında Türkiyədə toplanış keçəcəyik. Ayın 10-u və 17-si yoxlama oyunlarımız olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin