“Liverpul”un idarə heyəti Məhəmməd Salahın mümkün gedişinə hazırlaşır və gələn yay hücum
xəttini gücləndirmək üçün variantları nəzərdən keçirir.
Bizim.Media bildirir ki, mersisaydlılar “Atletik Bilbao”nun cinah oyunçusu Niko Uilyamsa maraq göstərirlər. Lakin, Dailysports-un məlumatına görə, yüksək transfer haqqı razılaşmaya ciddi maneə ola bilər.
Kataloniya klubunun prezidenti Joan Laportanın onu “Barselona”ya götürməkdən imtina etməsindən sonra Niko Uilyams “Real Madrid”in ona maraq göstərəcəyinə ümid edir. Qeyd etmək vacibdir ki, ötən yay 23 yaşlı ispaniyalı Bask klubu ilə müqaviləsini 2035-ci ilin iyun ayının sonuna qədər uzadıb. Müqavilədə 95 milyon avroluq satın alma bəndi var.
Bu mövsüm oyunçu Bask komandasında bütün yarışlarda 16 oyunda meydana çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:40 / 19.12.2025
“Liverpul” Salahın əvəzləyicisini TAPDI
Hazırda oxunan: “Liverpul” Salahın əvəzləyicisini TAPDI
Hazırda oxunan: “Liverpul” Salahın əvəzləyicisini TAPDI
586480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































