Bu gün Misli Premyer Liqasında 1-ci turun təxirə salınmış oyunu keçirilib.
"Sabah" öz meydanında "Qarabağ"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis belə bir nəticəni gözlədiyini, komandasının həddindən artıq güc sərf etdiyini və bəzi futbolçuların tam hazır olmadığını qeyd edib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Belə bir nəticənin olacağını təxmin edirdim.Çünki son vaxtlar komandamız çox güc sərf edir. Bəzi futbolçularımızın zədəli və xəstə olması müəyyən problemlər yaratdı. Təbii ki, bütün bunlar məğlubiyyətə səbəb olmamalıdır. Bu məğlubiyyət komandaya əlavə motivasiya verməlidir".
Mütəxəssis Coni Montielin məcburi əvəzlənməsindən sonra onun yoxluğunun meydanda çatışmazlıqlara səbəb olduğunu bildirib:
"Montiel üçün sıx qrafikdə oynamaq çətindir, o, hələ tam formada deyil. 3-4 gündən bir oynamağa hazır deyil. Oyunun qırılma nöqtəsi kimi bunu göstərmək düzgün olmaz, lakin meydanda olması komandamız üçün üstünlük olardı. Onun kimi usta futbolçunun yoxluğu çatışmazlıqlara səbəb olur".
Çempionluq yarışında vəziyyətin dəyişmə ehtimalına toxunan baş məşqçi "Sabah"ın böyük yatırımlar etdiyini və ciddi planları olduğunu xatırladaraq onlardan belə nəticələrin gözlənilən olduğunu qeyd edib.
O, rəqibin avrokubok şanslarını da yüksək qiymətləndirib:
"Bugünkü "Sabah" bəli, Avropada uğur qazana bilər. Çempionluğa oynayırlarsa, Avropada nə üçün nəticə verə bilməsinlər? Hamımız buna sevinərik. "Sabah"ın Avropa təcrübəsi olan məşqçisi də var. Onlar addım-addım yaxşı işlər görürlər".
Bizim.Media

- A-
- A
- A+
İdman
23:08 / 18.12.2025
"Belə bir nəticənin olacağını təxmin edirdim" - Qurban Qurbanov
Hazırda oxunan: "Belə bir nəticənin olacağını təxmin edirdim" - Qurban Qurbanov
Hazırda oxunan: "Belə bir nəticənin olacağını təxmin edirdim" - Qurban Qurbanov
586305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































