“Barselona” rəhbərliyi komandanın baş məşqçisi Hans Flikin gələcəyi ilə bağlı qərarını verib.
Bizim.Media xəbər verir ki, İspaniya çempionu 60 yaşlı mütəxəssislə müqavilənin müddətini uzatmağı planlaşdırır. Bu barədə "Bild" nəşri məlumat yayıb. Hazırda Flikin klubla mövcud sözləşməsi 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir. Lakin La Liqa nəhəngi baş məşqçiyə 2028-ci ilin yayına nəzərdə tutulan yeni müqavilə təklif etməyə hazırlaşır.
“Barselona” Hans Flikin rəhbərliyi altında bütün turnirlərdə 84 oyun keçirib. Komanda bu görüşlərdə 62 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 13 məğlubiyyətlə üzləşib. Kataloniya təmsilçisi ötən mövsüm İspaniya çempionatını, ölkə kubokunu və Superkuboku qazanıb.
“Barselona” bu mövsüm isə 17 turdan sonra İspaniya çempionatında 1-ci pillədə qərarlaşıb və “Real”ı 4 xal qabaqlayır. Flikin komandası növbəti oyununu dekabrın 21-də turnir cədvəlinin 3-cü pilləsində olan “Vilyarreal”a qarşı keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media






























































































