2025-ci il Qitələrarası Kubokun final oyunu başa çatıb. Finalda Fransa təmsilçisi PSJ ilə Braziliyanın “Flamenqo” klubu üz-üzə gəlib. Qarşılaşma Qətərin Ər-Rəyyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda keçirilib.
Bizim.Media xəbər verir ki, oyun əsas vaxtda 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə PSJ 2:1 hesabı ilə qalib gələrək kuboku qazanıb.
Matçda hesabı 38-ci dəqiqədə PSJ-nin vingeri Xviça Kvaratsxeliya açıb. “Flamenqo”nun yarımmüdafiəçisi Jorjinyo 62-ci dəqiqədə penaltidən dəqiq zərbə ilə tarazlığı bərpa edib. Penaltilər seriyasında daha dəqiq oynayan Paris klubu həlledici üstünlüyü əldə edib.
Qeyd edək ki, PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov oyundan sonrakı penaltilər seriyasında dörd zərbəni dəf edərək qələbədə mühüm rol oynayıb.
Qitələrarası Kubokun finalı Avropa və Cənubi Amerikanın əsas klub turnirlərinin – UEFA Çempionlar Liqasının və Libertadores Kubokunun qalibləri arasında keçirilir.
Turnirin əvvəlki qalibi və ən titullu klubu Madridin “Real” komandasıdır.
Bizim.Media































































































