"İnter Mayami" Suaresin müqaviləsini UZATDI

Hazırda oxunan: "İnter Mayami" Suaresin müqaviləsini UZATDI

586133

"İnter Mayami" klubu hücumçusu Luis Suaresin müqaviləsini uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Uruqvaylı futbolçu ilə yeni müqavilə 2026-cı il mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Luis Suares 2024-cü ildə “Qremio”dan “İnter Mayami”yə 4 milyon avro qarşılığında transfer olunub.
 

Keçən mövsümdə o, MLS çempionatında 32 oyuna çıxaraq 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Klubla birgə futbolçu MLS çempionluğu titulunu da qazanıb.


Bununla yanaşı, 38 yaşlı hücumçu Uruqvay milli komandası tarixində ən çox qol vuran oyunçudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin