DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ

Hazırda oxunan: DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ

586109

DÇ-2026-nın qalibi tarixə rekord mükafatla düşəcək.

Bizim.Media xəbər verir ki, FİFA ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının qalibi olacaq milliyə 50 milyon dollar mükafat müəyyənləşdirib.

Bu isə mundiallar tarixində çempiona veriləcək ən yüksək məbləğdir.
 

Məlumata görə, ümumilikdə 655 milyon dollar mükafat fondu təyin olunub. Qrup mərhələsində mübarizəni dayandıran komandaların 9 milyon dollar, finala yüksələn yığmaların isə nəticədən asılı olaraq 33 milyon dollara qədər gəlir qazanması nəzərdə tutulub.


Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi 42 milyon dollar mükafat almışdı. Fransa yığması isə Rusiyada təşkil olunan 2018-ci il mundialında çempionluğa görə 38 milyon dollar qazanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin