İngiltərə klubunun 21 yaşlı futbolçusu matçdan qayıdarkən faciəvi şəkildə həlak olub.
Bizim.Media xəbər verir ki, İngiltərənin "Maklsfild Taun" klubunun hücumçusu İtan Makleod 21 yaşında avtomobil qəzası nəticəsində vəfat edib.
Bu barədə klubu "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilir ki, futbolçu çərşənbə axşamı "Bedford Taun"la matçdan sonra evə qayıdarkən qəzaya düşüb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, klub mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib və onlara lazımi dəstəyi göstərəcəyini bildirib.
Bizim.Media




































































































