“Araz Naxçıvan”ın legioneri Ukrayna klublarının HƏDƏFİNDƏ

Hazırda oxunan: “Araz Naxçıvan”ın legioneri Ukrayna klublarının HƏDƏFİNDƏ

586031

“Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakala ilə maraqlanan Ukrayna klublarının adlarına aydınlıq gəlib.

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, Premyer Liqa təmsilçiləri almaniyalı forvardı heyətinə qatmağı hədəfləyir.
 

Bunlar isə çempionatın ortababları sayılan “Kolos”, “Rux” və “Obolon”dur. Adıçəkilən komandalar hücum xəttində yaranmış problemi qış fasiləsində məhz Simakalanın keçidi sayəsində yoluna qoymaq niyyətindədirlər.


Lakin “Araz-Naxçıvan” rəhbərliyi aparıcı oyunçusunun mövsümün gedişində ayrılmasına qarşıdır. Klub hətta 28 yaşlı hücumçuya yeni birillik müqavilə də təklif edib. Simakala həmçinin Azərbaycan klublarının da diqqət mərkəzindədir.

Qeyd edək ki, “Araz-Naxçıvan”a yayda Almaniyanın “Osnabrük” klubundan keçən Ba-Muaka Simakalanın müqavilə müddəti mövsümün sonuna qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin