FİFA qadın futbolçular arasında ilin ən baxımlı qol müəllifini mükafatlandırıb.
Bizim.Media xəbər verir ki, "Orlando Prayd" klubunun meksikalı futbolçusu Lizbet Jaklin Ovalye qadın futbolunda ilin ən baxımlı qoluna görə FİFA-nın "Marta mükafatı"nı qazanıb.
Bu mükafat kişi futbolunda ən baxımlı qola görə verilən "Puşkaş" mükafatının analoqudur.
Qadın versiyası hazırda elə "Orlando Prayd"da çıxış edən braziliyalı ulduz Martanın şərəfinə adlandırılıb. Mükafat 2024-cü ildən etibarən təqdim olunur və onun ilk qalibi məhz Martanın özü olub.
Bu il mükafat uğrunda 11 futbolçu mübarizə aparıb və namizədlər arasında Martanın adı da yer alıb.
Qeyd edək ki, Lizbet Jaklin Ovalye 2017-2025-ci illərdə Meksikanın "UANL Tiqres" klubunun formasını geyinib.
Bizim.Media


































































































