Mbappe məhkəmədəPSJ-yə QALİB GƏLDİ

Hazırda oxunan: Mbappe məhkəmədəPSJ-yə QALİB GƏLDİ

585916

Paris Əmək Məhkəməsi PSJ-nin sabiq futbolçusu Kilijan Mbappeyə 61 milyon avro məbləğində təzminat ödəməsinə qərar verib.

Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, 2024-cü ilin yayında “Real”ə azad agent kimi transfer olunan fransalı hücumçu ilə klub arasında maaş və müqavilə ilə bağlı yaranan mübahisə məhkəmədə araşdırılıb.
 

Məhkəmə işin yekununda PSJ-nin Mbappeyə ödənilməmiş maaş və bonuslar əvəzində 61 milyon avro ödəməli olduğu qənaətinə gəlib.


27 yaşlı forvard haqsız müqavilə ləğvi və imza bonusları da daxil olmaqla, ümumilikdə 10 maddə üzrə keçmiş klubundan 263 milyon avro təzminat tələb etmişdi.

PSJ isə müqaviləni uzatmamaq qərarını gizlətməkdə və klubu mümkün transfer gəlirindən məhrum etməkdə günahlandırdığı Mbappeyə qarşı 440 milyon avro məbləğində əks təzminat iddiası qaldırmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin