“Neftçi” və “Qəbələ”nin sabiq baş məşqçisi Qazaxıstan klubu ilə ANLAŞDI

Hazırda oxunan: “Neftçi” və “Qəbələ”nin sabiq baş məşqçisi Qazaxıstan klubu ilə ANLAŞDI

585839

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun işsiz günləri başa çatır.

Bizim.Media xəbər verir ki, ukraynalı mütəxəssis yenidən Qazaxıstanda çalışmağa yaxındır.

Yerli mətbuatın məlumatına görə, 60 yaşlı çalışdırıcı sabiq komandası “Astana”nın “sükanı arxasına” keçmək üzrədir. “Astana” rəhbərliyinin hazırda Qriqorçukun meneceri ilə danışıq apardığı bildirilir.

Qriqorçuk 2018-2020-ci illərdə “Astana”ya rəhbərlik edib. O, adıçəkilən komandaya 2 dəfə Qazaxıstan Premyer Liqasını, 3 dəfə isə Superkubokunu qazandırıb.

Qeyd edək ki, Roman Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni, 2024-cü ildə isə “Neftçi”ni çalışdırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin