ABŞ millisinin sabiq yarımmüdafiəçisi Maykl Bredli MLS təmsilçisi "Nyu-York Red Bullz" klubunun baş məşqçisi təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
M.Bredli əsas komandaya gətirilmədən öncə klubun gənclərdən ibarət kollektivinə rəhbərlik edirdi. Təyinatla bağlı fikirlərini bölüşən baş məşqçi bunları söyləyib:
"Futbolçu karyerama başladığım klubda baş məşqçi olmaq imkanı məni çox təsirləndirdi. Doğma ştatımda işləmək və azarkeşlərin layiq olduğu uğurları qazanmaq üçün işə başlamağı səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, "Nyu-York Red Bullz" üçün ötən mövsüm uğursuz alınıb. Belə ki, komanda Şərq Konfransında 10-cu pillədə qərarlaşaraq pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Bizim.Media


































































































