İtaliya A Seriyasında çıxış edən "İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu “Bolonya” ilə keçiriləcək matçda heyətdə yer alacaq.
Bizim.Media xəbər verir ki, o, İtaliya Superkuboku oyununda Səudiyyə Ərəbistanına komandası ilə birgə yollanacaq.
İtaliya mətbuatının məlumatına görə, UEFA Çempionlar Liqasında “Liverpul”la matçda zədələnərək son iki oyunu buraxan təcrübəli yarımmüdafiəçi hələ tam sağalmasa da, səfər heyətinə daxil edilib.
Beləliklə, o, həlledici qarşılaşmada komandasına dəstək olacaq.
Xatırladaq ki, Çalhanoğlu bu mövsüm “İnter”də 18 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media































































































