Tanınmış futbolçu təyyarədə kobudluq etdi - VİDEO

Hazırda oxunan: Tanınmış futbolçu təyyarədə kobudluq etdi - VİDEO

585684

“Əl-Hilal” (Səudiyyə Ərəbistan) klubunun müdafiəçisi Joau Kanselu təyyarə reysi zamanı onu telefonla çəkən sərnişinə qarşı aqressiv davranıb.

Bizim.Media xəbər verir ki, bu haqda “AS” nəşri məlumat yayıb.

Hadisə ilə bağlı video sosial şəbəkələrdə yayılıb.
 

Görüntülərdə Portuqaliya millisinin 31 yaşlı futbolçusunun onu çəkən sərnişinə yaxınlaşdığı, əvvəlcə zarafat xarakterli dialoqun baş verdiyi, lakin sonradan bunun sözlü mübahisəyə çevrildiyi görünür.


Daha sonra Kanselu sərnişinin əlindən tutaraq çəkilişi dayandırmağa çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin