"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qış transfer pəncərəsindəki planları haqda danışıb.
Bizim.Media xəbər verir ki, "Komanda.az" saytının keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilən 53 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında yeni oyunçuların gələcəyini bildirib:
"Danışıqlarımız, axtarışlarımız davam edir. Çalışacağıq ki, təkcə hücum xəttinə yox, digər mövqelərə də transferlər edək. Tələblərimiz böyüyüb, çoxdur. Bizim keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var".
Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən, "Qarabağ" yeni transferlərini Çempionlar Liqasının qalan 2 matçında - "Ayntraxt" və "Liverpul"la görüşlərdə oynada bilməyəcək. Yalnız Ağdam təmsilçisinin pley-offa yüksələcəyi halda, həmin oyunçular meydanda ola biləcəklər.
Bizim.Media


























































































