Arda Gülərin transfer dəyəri 90 milyona çatdı - FOTO

Hazırda oxunan: Arda Gülərin transfer dəyəri 90 milyona çatdı - FOTO

585456

“Transfermarkt” portalı La Liqa oyunçularının transfer dəyərlərini 2025-ci ildə sonuncu dəfə yeniləyib. İspaniya liqasında cəmi 493 oyunçu yeni bazar dəyərləri alıb.

Bizim.Media xəbər verir ki, yenilənmədən əsas faydalanan türkiyəli futbolçu Arda Güler olub.

Onun transfer dəyəri 30 milyon avro artaraq 90 milyon avroya çatıb. Kilian Mbappenin dəyəri isə 20 milyon avro artaraq 200 milyon avro olub. Lamin Yamal və Erlinq Halandla birlikdə fransız dünyanın ən bahalı üç futbolçusundan biridir.

“Transfermarkt”ın dekabr ayı yeniləməsindən bəri transfer dəyərində ən böyük artıma sahib olan La Liqa oyunçuları



Dekabr ayında üç oyunçu liqada rekord səviyyədə azalma yaşayıb: Oyan Sanset, Rodriqo və Cud Bellinqem, hamısı 20 milyon avro dəyər itiriblər. Altı oyunçunun dəyəri 10 milyon avro azalıb: Endrik, Ronald Arauxo, Dani Vivian, Niko Uilyams, Rafinya Días və Fede Valverde.

“Transfermarkt”ın dekabr ayı yeniləməsindən bəri transfer dəyərində ən böyük azalmaya məruz qalan La Liqa oyunçuları


Bellinqem dəyərini ən çox aşağı salan liderlərdən biri olsa da, liqanın ən bahalı oyunçuları arasında 160 milyon avro ilə üçüncü yerdədir. İlk onluqda yalnız bir oyunçu "Barselona" və ya "Real"ı təmsil etmir: "Atletiko"dan Xulian Alvares.

“Transfermarkt”ın dekabr yeniləməsindən sonra ən bahalı 10 La Liqa oyunçusu



“Transfermarkt” həmçinin ən yüksək transfer haqqı olan La Liqa oyunçularının siyahısını tərtib edib. Komandaya yalnız “Barselona” və “Real” oyunçuları daxildir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin