Səudiyyə Ərəbistanı vəliəhdi “Barselona”nı almaq istəyir

Hazırda oxunan: Səudiyyə Ərəbistanı vəliəhdi “Barselona”nı almaq istəyir

585443

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman “Barselona” klubunun alınması üçün nəhəng maliyyə təklifi verməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, Məhəmməd bin Salman “Barselona”nı almaq üçün 10 milyard avro (18,5 milyard AZN) təklif etməyi planlaşdırır.
 

Jurnalist Fransua Qalyardo mənbəsinə istinadən bildirir ki, katalon klubunun borcu 2,5 milyard avrodan (4,6 milyard AZN) çoxdur və bu məbləğin bağlanması olduqca çətin proses hesab olunur.


Qeyd olunur ki, potensial sövdələşmənin qarşısındakı əsas maneə klubun üzvləridir.

Məhz üzvlərin mövqeyi “Barselona”nın mümkün satışında həlledici amil ola bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin