Avropa lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcək

Hazırda oxunan: Avropa lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcək

585406

Böyük Britaniyanın Baş naziri Keir Starmer və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərinin istifadəsini müzakirə etmək üçün telefon danışığı aparıblar.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, iki siyasətçi söhbətlərində ABŞ-ın Ukrayna münaqişəsinə son qoymaq üçün təklif etdiyi sülh planı üzərində aparılan işləri müzakirə ediblər.

Starmer və Fon der Lyayen “razılaşıblar ki, indi Ukraynanın gələcəyi üçün kritik bir andır və Avropa, ədalətli və davamlı sülhə nail olmaq üçün lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcək”.

Onlar, həmçinin dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı irəliləyişləri müzakirə ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin