Transfermarkt portalı futbolçuların bazar dəyərlərini yeniləyib.
Bizim.Media xəbər verir ki, yenilənmədən sonra “Real”ın hücumçusu Kilian Mbappenin qiyməti 20 milyon avro artaraq 200 milyon avroya yüksəlib.
Bununla da fransalı futbolçu “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal və “Mançester Siti”nin hücumçusu Erlinq Holandla eyni səviyyəyə çatıb. Hazırda bu üç futbolçu dünyanın ən bahalı oyunçuları hesab olunur.
La Liqada ən çox bahalaşan futbolçu isə “Real”ın yarımmüdafiəçisi Arda Güler olub. Türkiyəli oyunçunun dəyəri 30 milyon avro artaraq 90 milyon avroya yüksəlib.
Çempionatda bazar dəyəri ən çox ucuzlaşan futbolçular da “Real”ın üzvləridir. Rodriqonun yenilənmiş bazar dəyəri 60 milyon, Cud Bellinqemin isə 160 milyon avro təşkil edir. Hər iki futbolçu 20 milyon avro dəyər itirib. Eyni qədər ucuzlaşma “Atletik”in yarımmüdafiəçisi Oyan Sansetin də payına düşüb – onun qiyməti 40 milyon avroya enib.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:49 / 13.12.2025
Arda Gülerin bazar qiyməti 60 milyon avro ARTDI
Hazırda oxunan: Arda Gülerin bazar qiyməti 60 milyon avro ARTDI
Hazırda oxunan: Arda Gülerin bazar qiyməti 60 milyon avro ARTDI
585394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































