FİFA son dünya çempionu Argentina millisini 2026-cı il Dünya Çempionatından kənarlaşdırmaq ehtimalını nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə “La Nacion” nəşri məlumat yayıb.
Bildirilir ki, bu, Argentina Futbol Assosiasiyasının rəhbərliyi ətrafında baş verən korrupsiya qalmaqalı və dövlət orqanlarının federasiyanın daxili işlərinə müdaxiləsi ilə bağlıdır.
İstintaq çərçivəsində federasiya prezidenti Klaudio Tapia və digər rəsmilərin qanunsuz sərvət toplama ehtimalı ilə ofislərində axtarışlar aparılıb. Həmçinin millinin sponsoru olan “Sur
Finanzas”şirkətinin maliyyə fırıldaqlarında iştirakı da araşdırılır.
Qeyd edək ki, FİFA hazırda yerli məhkəmənin qərarını gözləyir. Əgər funksionerlərin günahı təsdiqlənərsə, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialdan Argentina kənar qalacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:58 / 13.12.2025
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Hazırda oxunan: FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Hazırda oxunan: FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
585384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































