Braziliyanın “San-Paulo” klubunun yarımmüdafiəçisi Oskar peşəkar futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı futbolçu səhhətində yaranan ciddi problemlər səbəbindən futbolla vidalaşmaq qərarına gəlib və yaxın günlərdə bunu rəsmi şəkildə açıqlayacaq.
Qeyd olunur ki, ötən ay məşq zamanı qəfil huşunu itirən təcrübəli oyunçunun tibbi müayinədən sonra ürəyində ciddi problem aşkarlanıb. Bu səbəbdən klub rəhbərliyi ilə görüşən Oskar karyerasını davam etdirə bilməyəcəyini bildirib.
Xatırladaq ki, braziliyalı futbolçu azarkeşlərin yaddaşında daha çox Londonun “Çelsi” klubundakı çıxışı ilə qalıb. O, “zadəganlar”ın heyətində keçirdiyi 203 rəsmi matçda 38 qol vurub və 31 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media
































































































