Boksçumuz ermənəsilli rəqibini məğlub edərək DÜNYA ÇEMPİONU oldu

Hazırda oxunan: Boksçumuz ermənəsilli rəqibini məğlub edərək DÜNYA ÇEMPİONU oldu

585358

Azərbaycan boksçusu Sübhan Məmmədov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, mundialın sonuncu günündə rinqə çıxan yeganə Azərbaycan təmsilçisi Sübhan Məmmədov final görüşünü keçirib.
 

O, final qarşılaşmasında Rusiya təmsilçisi erməniəsilli Edmond Xudayanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.


Qeyd edək ki, dünya çempionatında Azərbaycan ümumilikdə 11 boksçu ilə təmsil olunub.

Onlardan səkkizi yarışı medalsız başa vurub. Daha iki idmançı – Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) – bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin