Hindistanlı azarkeşlər dünya çempionu Lionel Messi ilə Kəlküttədəki "Solt Leyk Stadionu"nda keçirilən görüşün təşkilinə görə qəzəbləniblər.
Bizim.Media xəbər verir ki, azarkeşlər tədbirdə iştirak etmək üçün xeyli pul ödəməklərinə baxmayaraq, onun stadionu tez tərk etməsindən narazı qalıblar.
Messinin gedişindən sonra azarkeşlər şüşə və stullar atmağa, hətta maneələri sındırmağa başlayıblar.
Xatırladaq ki, Argentina millisinin hücumçusu həmçinin Kəlküttədə özünün 21 metrlik heykəlinin də açılışını edib. Daha əvvəl xəbər verildiyi kimi, Messi Hindistana səfəri zamanı daha 3 şəhərə - Mumbay, Yeni Dehli və Haydarabada da gedəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:05 / 13.12.2025
Hindistandakı azarkeşlər Messi ilə görüşə görə qəzəbləndilər - VİDEO
Hazırda oxunan: Hindistandakı azarkeşlər Messi ilə görüşə görə qəzəbləndilər - VİDEO
Hazırda oxunan: Hindistandakı azarkeşlər Messi ilə görüşə görə qəzəbləndilər - VİDEO
585353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































