"Barcelona"nın baş məşqçisi Luis Enrike "El Klassiko" öncəsi tərəflərin turnir cədvəlindəki mövqeyinə dair fikirlərini bildirib. Gənc mütəxəsis bunları söyləyib:
"Biz "El Klassiko"ya "Real Madrid"i 4 xal qabaqlamaqla gedirik. Amma bu, ideal ssenari deyil. İstərdim ki, bizim 22, "Real"ın isə 0 xalı olsun. Qarşıdakı oyun çempionatda həlledici olacaq. Bununla yanaşı, çempionlar Liqasında "Ayaks"a qalib gəlmək lazımdır".
Xatırladaq ki, oktyabrın 25-də baş tutacaq prinsipial matç öncəsi "Barcelona" 22 qol vuraraq qapısını toxunulmaz saxlayıb. (goal.az)


































































































