“Son illərin ən istedadlı oyunçusu sənsən, Nəriman!” – VİDEO

Hazırda oxunan: “Son illərin ən istedadlı oyunçusu sənsən, Nəriman!” – VİDEO

585299

Hazırda “Araz-Naxçıvan”ın formasını geyinən Qara Qarayev Nəriman Axundzadəyə dəstəyini ifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Qarayev sosial şəbəkə hesabında paylaşım edib.

O, Nəriman Axundzadənin ötən il UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya vurduğu qolu paylaşıb.
 

“Bu sevinci yaşadan sən idin, Nəriman! Şübhəsiz son illərin ən istedadlı oyunçusu sənsən!” – deyə Qarayev yazıb.


Qeyd edək ki, Nəriman Axundzadə Çempionla Liqasının son turunda “Qarabağ” – “Ayaks” oyunundakı performansına görə azarkeşlərin tənqid hədəfinə tuş gəlib.

Xatırladaq ki, həmin görüş “Qarabağ”ın 2-4 hesablı məğlubiyyəti ilə başa çatıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin