Alkantara İspaniya klubunun təklifini RƏDD ETDİ

Hazırda oxunan: Alkantara İspaniya klubunun təklifini RƏDD ETDİ

585238

"Barselona"nın məşqçisi Tiaqo Alkantara "Levante"ni çalışdırmaqdan imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Julian Kaleronun istefasından sonra təcili olaraq yeni məşqçi axtaran "Levante" Alkantaraya təklif göndərib. Lakin mütəxəssis klubun dəvətini rədd edib.

Alkantara sentyabr ayından bəri "Barselona"da Hans-Diter Flikin köməkçisi vəzifəsində çalışır və təkbaşına məşqçiliyə keçmək niyyətində deyil. Sabiq yarımmüdafiəçi alman mütəxəssislə fəal şəkildə məşq proseslərinə qatılır. O, əsas komandanın məşq prosesinin taktiki aspektlərinə və hazırlığına cavabdehdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin