“Bilmirəm, Nəriman haqda nə deyim. Bəlkə, hansısa fikir desəm, azarkeşə qarşı çıxmış olacağam”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Ayaks”a 2:4 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis gənc oyunçu Nəriman Axundzadənin çıxışından narazı qalan azarkeşlərə deməyə sözü olmadığını bildirib:
“Əlbəttə ki, daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olmuşam, yenə də olacağam. Azarkeşlərin narazılığına verəcək cavabım yoxdur. Sadəcə daha yaxşı oynaya bilərdi”.
<iframe width="640" height="360" src="//player.bizim.media/?v=49637" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen seamless></iframe>
Bizim.Media






























































































